Bakıda idarəetmədən çıxan avtomobil parka girdi - VİDEO

01:00 15-08-2020 386

İdarəetmədən çıxan avtomobil parka girib.

Baku TV xəbər verir ki, hadisə şər vaxtı paytaxtın Nəsimi rayonu, daha dəqiq desək, Cəfər Cabbarlı ilə Fizuli küçələrinin kəsişməsində qeydə alınıb.

Əliyev Muradxan Mənsur oğlu BMW markalı avtomobil ilə Cəffər Cabbarlı küçəsi ilə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq yaxınlıqdakı parkın ərazisinə girib.

Dərhal qəza yerinə polis əməkdaşları cəlb olunub. Xoşbəxtlikdən hadisə nəticəsində parkın həmin ərazisində insanlar olmadığından xəsarət alan olmayıb. 

Avtomobil qəza yerindən evakuasiya edilib. İlkin versiya kimi hadisəyə səbəb sürət həddinin aşması göstərilir.

Hər halda avtoqəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Vüqar Ağayev

Tapdıq Afətoğlu