Hacıqabulda yük maşını aşdı, xəsarət alan var

02:20 15-08-2020 434

Hacıqabul rayonunda yük avtomobili aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 110-cu kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

Ərzaq malları daşıyan “Isuzu” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin – Şirvan sakini, 1994-cü il təvəllüdlü Zeynallı Cahangir Telman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.