Körpü məşhur rok ifaçısının musiqisi ilə aralanacaq

06:20 15-08-2020 329

“Kino” qrupunun yaradıcısı və lideri, sovet rok məktəbinin öncüllərindən olan Viktor Tsoyun ölümünün ildönümü münasibətilə Sankt-Peterburq şəhərində yerləşən Saray Körpüsü sənətçinin musiqisi sədaları altında aralanacaq.  

“İnterfaks” agentliyi bu barədə Sankt-Peterburqun mətbuat üzrə şəhər komitəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, körpünün aralanması yerli vaxtla 00:45-də baş verəcək.

Qeyd edək ki, Viktor Tsoy 15 avqust 1990-cı ildə, 28 yaşında avtomobil qəzasında həlak olub.