Sabirabadda kafedə yanğın

15:20 15-08-2020 412

Sabirabad rayonunda ümumi sahəsi 480 kvadrat metr olan ikimərtəbəli kafenin ikinci mərtəbəsinin yanar konstruksiyaları 70 kvadrat metr sahədə qismən yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.