Ətrafa üfunət iyi yayan zibillik təmizləndi

16:00 15-08-2020 360

Binəqədi rayonu G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa pis qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

HerGun.Az xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. 

“Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib”.