Vasif Talıbov Naxçıvan MR-a yeni Maliyyə naziri təyin etdi

20:20 19-08-2020 476

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də Rafael Əliyevin Maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

“Nuhçıxan İnformasiya Agentliyi”nin məlumatına görə, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.