Prezident Kürdəmirin icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM

15:40 20-08-2020 479

Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

Bununla bağlı sərəncam AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.