“Azərişıq” rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Cəlilabadda dövlət vəsaiti necə talan edilir...

18:15 22-07-2019 1301

Cəlilabad rayon Novoqolovka kənd sakini Ağayev Kamran Məhərrəm oğlu tərəfindən “HerGun.az”nun redaksiyasına şikayət məktubu daxil olub.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehirban Əliyevaya və Baş prokuror Zakir Qaralova müraciət edən K.Ağayev "Azərişiq" ASC-nin Cəlilabad rayon şəbəkəsinin fəaliyyətindən narazılığını bildirir:

““Azərişıq” ASC-də rəhbərlik dəyişsə də, iş prinsipləri dəyişməyib. Yenə çoxsaylı korrupsiya faktları haqda məlumatlar gəlir.
Maraqlı odur ki, adi abonetin 50 manatdan yuxarı borcu yaranan kimi elektrik enerjisindən ayırma hədələri gəlir. Sayğaca müdaxilə də isə sərt cəzalar, cərimələr tətbiq edilir.
Bəzən “Azərişıq” ASC-də işləyən, ali təhsili olmayan Məmmədov Həbib Qulu oğlu sayğaca müdaxilə edərək, dövlətdən külli-miqdarda oğurluq edilməsinə şərait yaradır”.

Vətəndaş Ağayev Kamran Məhərrəm oğlu bildirir ki, Cəlilabad rayon idarəsinin Enerji satışı və Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edir: “Onun Azərbaycan Respublikasinin qanunlarını kobud şəkildə pozub, ona həvalə olunan dövlət əmlakını talaması haqda mənim tərəfindən əldə olunan fakt-sübütla təsdiq olunub. Respublikasının Baş Prokrorluğu yanında Korrupsiya Qarşı Baş Mubarizə idarəsinin 161-çağrı mərkəzinə və “Azərişıq” ASC-nin Daxili Nəzarəti Departamentinə oğurluq faktı məlumat verilib.

“Azərişıq” ASC-nin Daxili Nəzarəti Departamentinin əməkdaşları Elgün Qafarov və Zamin Quliyev adlı əməkdaşı Ağayevin iştirakı ilə 09.07.2019-cu il tarixində Cəlilabad rayon, Uzuntəpə kəndində yerləşən “FURQAN” market adlanan, iritutumlu obyektə baxış keçiriblər.

Həmin zaman obyektin uçot nöqtəsinin düzgün olmadığı, kobud şəkildə pozulduğu və elektirik xəttinin birbaşa sayğacsız obyektə qoşulduğu aşkar olunub. O da məlum olub ki, 3-aydır həmin obyektə elektirik enerjisi haqda sərfiyyat (bildiriş) verilmir və istifadə olunmuş enerjinin dəyəri ödənilməmişdir.
Əməkdaşlar tərəfindən axan enerjiyə görə 48.6 klovat güc müəyyən olunaraq, itirilmiş enerjinin bərpası barədə akt tərtib olunub”.

Məmmədov Həbib

Kamran Ağayev deyir ki, “Azərişiq” ASC-nin Cəlilabad rayon Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu bilərəkdən obyektin elektirik sayğacını yandıraraq sıradan çıxarıb və yeni sayğac quraşdırılmasını təmin etməyib: “Həmin obyektin sahibindən alınan sərf olunmuş elektirik enerjisinin haqqı rüşvət olaraq mənimsənib”.


Kamran Ağayev bildirir ki, bu cür faktlar Cəlilabad rayonunda çoxdur: “Qeyri-əhali sektorunda obyektiv araşdırma aparılsa, Məmmədov Həbib Qulu oğlu tərəfindən dövlətə nə qədər ziyan vurulması aşkar olunar. Bu dövlətə vurulan ziyanı, dövlət əmlakının talanması faktını “Azərişiq” ASC-də oturan vəzifəlilər, “Azərişiq” ASC sədrəvəzi cənab Vuqar Əhmədova məlumat verməyərək, ondan gizlədirlər.

Əlavə olaraq “Azərişiq” ASC-nin Cəlilabad şəbəkəsinin ali təhsili olmayan Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşdan 3500 manat rüşvət muqabilində işə götürüb, ona aparıcı mühəndis vəzifəsi verəcəyinə söz versə də, bu baş tutmayıb və nəzarətçi mühəndis vəzifəsinə götürüb”.

Ağayev Kamran Məhərrəm oğlu deyir ki, bu fakt haqda məndə sübüt var: “Əlavə olaraq da Məmmədov Həbib Qulu oğlunun Cəlilabad rayonunda qeyri-əhali sektorunda böyük ticarət obyektlərində saxtakarlıq etməsi, dövlətin enerjisini talaması haqda daha 3 fakt var. “Azərişiq” ASC sədrinin öz xususi nəzarati ilə göndərilən yoxlamaya o faktları göstərib, isbat etməyə hazıram".

Kamran Ağayev deyir ki, "Azərişiq” ASC-nin rəhbərliyi xəyanəti bağışlamır: "2015-2016-cı illərdə Cəlilabadda bu cür hadisələr baş vermişdi. Həmin ərəfədə Cəlilabad ES-in bütün rəhbərliyi işdən uzaqlaşdırıldı".