Bərdədə ata və oğul həmkəndliləri tərəfindən bıçaqlandı

23:20 25-08-2020 794

Bərdədə ata və oğul bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

Belə ki, rayonun Məmmədli kənd sakinləri 1973-ci il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar.

Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.