Zərgərlik dükanı insanların gözü qarşısında qarət olundu - VİDEO

23:20 01-09-2020 536

Zərgərlik dükanının qarət anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

“112” “Telegram” kanalının məlumatına görə, kadrlar Rusiyanın Sankt-Peterburq şəhərindəndir.

Bir qrup insan əlində çəkiclə ticarət mərkəzinə soxularaq insanları hədələyib, vitrinləri sındırıb və qızıl əşyaları aparıblar.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.