Telefona görə qardaşı qızının barmaqlarını baltaladı

01:20 02-09-2020 479

Rusiyanın Buryatiya respublikasında kişi qardaşının beş yaşlı uşağının barmaqlarını baltalayıb.

Rosbalt.ru Rusiya Federasiyasının ərazi üzrə İstintaq Komitəsinə istinadla xəbər yayır.

Bildirilir ki, azyaşlı atası və əmisi ilə kəndlərinin yaxınlığındakı meşəyə gedib.

İki qardaş içki içməyə başlayıb. Bu vaxt əmisi telefonunu oynaması üçün qıza verib.

Uşaq telefonu əlindən salaraq sındırıb. Bu zaman əmisi ondan əlini kötüyün üstünə qoymasını tələb edib və qızın iki barmağını balta ilə kəsib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, sərxoş ata isə yaralı qızını evə gətirib. Həkimlər onun bir barmağını yerinə tikə biliblər.

Gecə 47 yaşlı cinayətkar hadisə yerinə qayıdan zaman polislər onu həbs ediblər. Faktla bağlı cinayət işi başlanıb.