191 milyon il əvvəl yaşamış dinozavr skeleti üzərində araşdırmalar 150 il sonra tamamlandı

01:40 02-09-2020 336

İngiltərədə skeletinin demək olar ki, bütün hissələri tapılan ilk dinozavr üzərindəki araşdırmalar 150 il sonra başa çatıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Təxminən 150 ildir “Scelidosaurus”un kürəyində böyük sümük lövhələr və iti tikanlar olan “Stegosaur”larla zirehli lövhələrə sahib “Ankylosaur”lar arasında həlqə təşkil etdiyi düşünülürdü.

Aparılan araşdırma nəticəsində elm adamları “Scelidosaurus”un sadəcə “Ankylosaur”ların əcdadı olduğunu müəyyən edib.

Sözügedən dinozavrların 191 milyon il əvvəl yaşadığı təxmin edilir.