Qaradərili sahibkarlar “McDonalds”dan məhkəməyə şikayət edib

03:00 02-09-2020 440

“McDonalds” restoranlar şəbəkəsinin 50-dən çox qaradərili restoran sahibi şirkəti məhkəməyə verib.

Bu barədə “USA Today” nəşri məlumat yayıb.

Müflis olmuş sahibkarlar bildirir ki, “McDonalds” şirkəti onlardan şəhərin yoxsullar yaşadığı məhəllələrində və cinayət hadisələrinin daha çox olduğu rayonlarda restoran açmağı israr edib.

Ağdərilərə isə tam əksinə, şəhərin daha prestijli yerlərində işləmək imkanı yaradılıb.

Nəticədə restoran sahiblərinin təhlükəsizlik xidmətləri ilə əlaqədar xərcləri çoxalıb və ərazidə qeyr-sabit vəziyyətlə əlaqədar restoranlar müflis olmağa başlayıb.