On iki il qadınlara təcavüz edən şəxs evində tutuldu

14:40 02-09-2020 431

Rusiyanın Tomsk vilayətində qadınlara qarşı zorakılıq edən şəxs 12 ildən sonra evində tutulub.

Bu barədə Rg.ru ölkənin İstintaq Komitəsinin regional İstintaq İdarəsinə istinadla xəbər yayır.

Bildirilir ki, 2008-ci ildən bəri qadınlara hücum edən 48 yaşlı cinayətkarı tutmaq mümkün olmayıb.

Müasir məhkəmə avadanlığı və üsulları cinayətkarı tapmağa kömək edib: maddi sübutların genetik ekspertizası nəticəsində şübhəlinin DNT profili tərtib edilib.