Salyan sakini qonşusunu beş bıçaq zərbəsi ilə xəstəxanalıq etdi

00:00 04-09-2020 771

Salyanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb.  H.Hüseynov bədəninin müxtəlif hissələrindən beş bıçaq yarası ilə Salyan rayon xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb.

Onun çoxlu qan itirdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.