Sumqayıtda oğlan nişanlısını qətlə yetirdi, anasını yaraladı

00:20 05-09-2020 634

Sumqayıtda qətl hadisəsi törədilib.

APA-nın məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib. 

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.