Azərbaycan Premyer Liqası: “Sumqayıt”dan növbəti qələbə, “Keşlə” “Qəbələ” ilə bacarmadı

21:40 19-09-2020 352

Azərbaycan Premyer Liqasında III tura start verilib.

HerGun.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Keşlə” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

“Səbail” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Sabah”ı, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

III tur

19 sentyabr (şənbə)

“Qəbələ” – “Keşlə” - 0:0
Qırmızı vərəqə: Nikolas Raysel, 67

“Sumqayıt” – “Səbail” - 2:1
Qollar:
Süleyman Əhmədov, 9, Əli Qurbani, 32 - Rauf Əliyev, 21