Ağdam sakinini maşın vurub öldürdü

00:20 20-09-2020 300

Ağdamda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili onu vurub.

Ağır xəsarətlər alan Z.Əliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.