Britaniya XİN rəhbərinin cangüdəni silahını təyyarədə unutdu, işdən uzaqlaşdırıldı

04:00 20-09-2020 297

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın cangüdəni təyyarədə silahını unutduğu üçün xidmətdən uzaqlaşdırılıb.

Bu barədə “The Sun” məlumat yayıb.

Hadisənin nazirin ABŞ səfərindən qayıtması ərəfəsində baş verdiyi qeyd edilir. London hava limanına enən təyyarədən doqquz millimetrlik “Glock” silahını təmizlik işçilərindən biri tapıb. Bu barədə polisə məlumat verilib və polis silahın sahibini tezliklə müəyyən edib.

Hadisənin baş vermə şəraitinin araşdırılması məqsədilə başladılan daxili yoxlamalar müddətində nazirin cangüdəni xidmətdən uzaqlaşdırılıb.