Avtobus aşdı, səkkiz futbolçu həlak oldu

11:40 20-09-2020 365

Qanada avtobus qəzası səkkiz futbolçunun həyatına son qoyub. 

Lenta.ru-nun xəbərinə görə, avtobus çaya düşüb.

Nəticədə səkkiz futbolçu vəfat edib. Dörd futbolçu isə hazırda ağır vəziyyətdə xəstəxanadadır. 

Bildirilir ki, komanda gənclər futbol liqasında iştirak etməkdən ötrü qeydiyyatdan keçməyə yollanıbmış.