Biləsuvar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi - FOTO

15:40 20-09-2020 360

Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Report”un məlumatına görə, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.

Sərəncamla Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat olmayıb.