Qubanın kəndində ikinci yanğın başlayıb - FOTO

17:20 20-09-2020 327

Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

"Report"un məlumatına görə, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.