Şirvanda sərxoş kişini avtombil vurub öldürdü

20:40 20-09-2020 435

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Belə ki, “Chevrolet” markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub. 

İ.İbrahimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.