“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO

21:20 20-09-2020 403

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 21-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət yetirməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.