İngiltərədə koronavirusla bağlı təcrid qaydalarını pozanlara ağır cəza

22:00 20-09-2020 365

İngiltərədə koronavirus testi müsbət nəticə verən şəxslərin təcrid qaydalarını pozması onlara baha başa gələcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Avropada koronavirusa sürətli yoluxma fonunda bir sıra ölkələr sərt tədbirlərə getməyə məcbur olublar. İngiltərə də bu tədbirlər çərçivəsində təcrid rejimini üst-üstə pozan şəxslərə 10 min funt-sterlinqə (təxminən 22 000 AZN – red.) qədər cərimələr tətbiq edəcək.

Qaydaları ilk dəfə pozanlar 1000 funt-sterlinq, təkrar edənlər isə daha çox məbləğdə cəzalandırılacaqlar.

Əgər bu şəxslər az gəlirli qruplara aiddirlərsə, o zaman ilk dəfə üçün dövlətin 500 funt-sterlinqlik yardım paketindən yararlana biləcəklər.