Rezidenturaya ixtisas seçimi başlayıb

10:00 21-09-2020 355

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

Sentyabrın 21-dən başlayan ixtisas seçimi sentyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən bir nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.