Nikol Paşinyanın silah “bazarı”

14:20 21-09-2020 403

Bu ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən döyüş əməliyyatları son aylarda Ermənistandan gələn “inqilabi” xəbərlər generasiyanı kölgədə qoydu.

“The Moscow Post” nəşrinin Cənubi Qafqazda münaqişəsinin isti fazası fonunda yazdığına görə, “inqilabi” Ermənistan hökumətinin silah ticarəti ilə bağlı əldə olunan faktlar hərbi eskalasiyanın səbəblərinə aydınlıq gətirir. Belə ki, buna səbəb qeydə alınmamış silah-sursatın izlərini bayağı şəkildə ört-basdır etmək cəhdləridir. 

Baş nazirə qarşı korrupsiya ittihamı kampaniyasında adı hallanan ilk şəxs keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.

Öz video müraciətlərində M. Minasyan Nikol Paşinyanı, onun ailə üzvlərini, yaxın adamlarını Ermənistan iqtisadiyyatının metallurgiya və qiymətli metal kimi yüksək gəlirli sahələrində korrupsiya sxemləri tətbiq etməkdə günahlandırır.

Bundan əlavə, ittihamda müxtəlif cinayət fəaliyyətlərindən, məsələn tütün məhsullarının qaçaqmalçılığından və silah ticarətindən bəhs olunur.

Hər şey M. Minasyanın Ermənistan hökumətinin iştirak etdiyi qanunsuz beynəlxalq silah ticarət sxemlərindən bəhs edən video müraciəti ilə başladı.

Ermənistanda gedən daxili proseslər barədə yaxşı məlumatlı olan M. Minasyan, bu işdə David Qalstyanın rolunu vurğulayır.

M. Minasyanın fikrincə, D. Qalstyan bu cür əməliyyatlar aparmaq səlahiyyətini şəxsən N. Paşinyandan alıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi vasitəsi ilə səlahiyyətləndirir və misal üçün, şərti olaraq Ermənistan Respublikası adından 100 silah sifariş etmək imtiyazı tanıyır. Sonra Ermənistan Respublikası D. Qalstyana məxsus ofşordan 100 növ silahdan 60-nı alır. Bu 60 silahın pulu ödənilir və silahlar Ermənistana daxil olur. Sənədlərlə hər şey qaydasındadır, ancaq bir istisna var: əvvəlcə sifariş verilmiş, lakin pulu ödənilməyən 40 silah, artıq üçüncü ölkə ilə müqaviləsi olan D. Qalstyanın əli ilə Rusiyadan birbaşa üçüncü ölkəyə göndərilir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Bu üçüncü ölkədən silahlar dördüncü ölkəyə çatır”, deyə M. Minasyan bildirir.

Yəni, səlahiyyətli şəxslərin himayəsi altında D. Qalstyan, üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Rusiya tərəfindən verilən endirimlərdən istifadə edərək hərbi məhsulları üçüncü tərəfə satır. Rusiyanın silah növündən asılı olmayaraq Ermənistana daxili qiymətlərlə silah tədarük etdiyini nəzərə alsaq, belə bir endirim dünya qiymətlərinin 15-40 faizini təşkil edir. Son bir neçə ildə Rusiyanın Ermənistana 300 milyon dollarlıq silah krediti ayırdığını nəzərə alsaq, Rusiya büdcəsi 60-90 milyon dollar arasında gəlirdən məhrum olub.

Bütün bunlar bir şeyə işarə edə bilər – N. Paşinyan mövcud quruluşu nəzarəti altına alaraq, öz şəxsi mənfəətini Rusiya qarşısında qanuniləşdirməyə çalışır və bu fəaliyyətdə o, Rusiya əleyhinə daxili gündəmdən də əl çəkmir, həm də müttəfiqin silahlarının hansı xarici siyasi vəziyyətdə istifadə ediləcəyi ilə bağlı heç bir zəmanət və məsuliyyət daşımaq istəmir.

Ermənistanın yeni hökumətinin istər tərəfdaş, istərsə də müştəri seçmək iqtidarında olmadığını nəzərə alsaq, bu, Rusiya silahlarının dünyanın müxtəlif yerlərində Rusiyanın rəqiblərinin əlinə keçməsi təhlükəsi deməkdir.

Hərbi-texniki əməkdaşlıq sahəsində öz fəaliyyətə və tərəfdaşların sərbəst seçiminə yer yoxdur.

Belə müttəfiqin olduğu yerdə satılan silahların Yaxın Şərqdə rusiyalı hərbi qulluqçulara qarşı istifadə edilməyəcəyinə dair zəmanət yoxdur.