London derbisi futbolçuların testinə görə baş tutmadı

10:20 23-09-2020 422

İngiltərə Kubokunun IV turunun “Leyton Orient” – “Tottenhem” oyunu təxirə salınıb.

İngiltərə mətbuatının xəbərinə görə, Liqa Tu (III divizion) təmsilçisinin əsas komandasının futbolçularının testi bazar ertəsi pozitiv çıxıb.

Bu səbəbdən də dünən London derbisi (“Leyton Orient” də İngiltərənin paytaxtını təmsil edir – S.M.) baş tutmayıb. Oyunun gələn həftə keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu cütün qalibi bu gün baş tutacaq “Çelsi” – “Barnsli” cütünün qalibi ilə qarşılaşacaq.