Bred Pitt və Ancelina Colinin cinsiyyətini dəyişmək istəyən qızlarının inanılmaz dəyişimi - FOTO

03:40 24-09-2020 478

Ancelina Coli və Bred Pittin qızı cinsiyyət dəyişmə terapiyasından sonra tanınmaz hala düşüb.

Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

14 yaşlı Şaylo Coli-Pitt saç düzümünü dəyişib və daha çox qıza bənzəməyə başlayıb. Bu yaxınlara qədər isə ulduzların övladı şalvar geyinib özünü oğlan kimi aparırdı.

Görünür Ancelina Coli və Bred Pittin qızı oğlan olmaq fikrindən danışıb.

Aktrisa bugünlərdə uşaqlarla birlikdə Qərbi Hollivudda görülüb. Onları cangüdənlər müşayiət edib.

Kadrlardan birində maraqlı bir detal üzə çıxıb. Şaylo Coli-Pitt cinsiyyət dəyişmə terapiyasından sonra fərqli görünməyə başlayıb. Əgər əvvəllər Şaylo Coli-Pitt oğlan geyimləri geyinir, yöndəmsiz zahiri görünüş və qısa saç düzümünə malik idisə indi 14 yaşındakı qız uzun müddət sonra ilk dəfə çılpaq ayaqları ilə ictimaiyyət qarşısına çıxıb. Həmçinin saçları da bir qədər uzanıb və onları arxadan toplayıb.

Xatırladaq ki, Ancelina Coli övladına cinsiyyət dəyişmə terapiyası üçün icazə verib. Şayiələrə görə, aktrisa Şaylonun yetkinlik yaşına çatana qədər cinsiyyətini dəyişdirmək üçün əməliyyat ola biləcəyi klinika axtarıb. A.Coli həmçinin əməliyyat üçün başqa bir ölkəyə köçmək fikrini də istisna etməyib.

Şaylo kiçik yaşlarından ətrafındakılardan onu Con adlandırmalarını xahiş edib. O, qız paltarları geyinməkdən imtina edib və onu oğlan kimi qəbul etməyi tələb edib.

Şaylonun atası Bred Pitt isə qızının yetkinlik yaşına çatana qədər terapiya qəbul etməsinə qarşı çıxıb. Bu zaman Coli maraqlı bir üsul düşünüb və övladına “bir həftə qız, digər həftə isə oğlan kimi” yaşamağı təklif edib.