Azərbaycanda üç aylıq fasilədən sonra yarış keçiriləcək
16:00 24-09-2020 392
Sabah Azərbaycanda daha bir yarış baş tutacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyası üç aylıq fasilədən sonra növbəti yarışını keçirəcək.
Sabah saat 16:00-da trek velosipedi üzrə Bakı Kuboku yarışına start veriləcək.
Bununla əlaqədar bu gün məşqçi və hakimlərin iştirakı ilə bağlı seminar təşkil olunub.
Səbuhi Musayev