Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşları keçirilir – VİDEO

18:20 24-09-2020 438

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.