Ukraynada koronavirusun ikinci dalğasının başlandığı elan edildi

22:00 24-09-2020 371

Ukraynada koronavirusun ikinci dalğasının başlandığı rəsmən elan edilib. 

TASS-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özü açıqlama edib. 

Onun sözlərinə görə, birinci dalğa dövründə Ukraynada sutka ərzində yoluxma sayı 100-300 olurdusa, hazırda gündəlik 3 000 yoluxma qeydə alınır.