Türkiyədə tunel çökdü, işçilər dağıntılar altında qaldı

22:40 24-09-2020 327

Türkiyədə Kop dağının altından keçən tuneldə aparılan inşaat işləri zamanı bədbəxt hadisə baş verib.

“Habertürk”ün məlumatına görə, tuneldə çökmə baş verib. Nəticədə işçilər dağıntılar altında qalıb. Onların xilas olunması üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) briqadaları işə başlayıb.

Dağıntılar altından 11 nəfər çıxarılıb. Onların yaralı olduğu deyilir.

İlkin məlumatlara görə, çökməyə qazıntı ərazisindən çıxan qaz səbəb olub.