Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

17:40 25-09-2020 402

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub.

Bunu HerGun.Az-a ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib. 

O qeyd edib ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.

Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.

İlhamə Əbülfət