Azərbaycanın məğlubiyyətsiz qadın idmançısı növbəti döyüşünə çıxır - FOTO

12:00 26-09-2020 360

Bu gün Azərbaycanın qadın MMA idmançısı Gözəl Zutova ay ərzində ikinci döyüşünə çıxacaq.

O, avqustun 15-də keçirilməli olan, lakin pandemiyaya görə təxirə salınmış “M1 Global” turnirində döyüş keçirəcək.

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə Gözəlin rəqibi yerli idmançı Dariya Jeleznyakova olacaq.

Qeyd edək ki, əvvəl peşəkar şəkildə güləş, cüdo və samboda özünü sınamış Gözəl Zutova hələ məğlubiyyətlə üzləşməyib. O, keçirdiyi doqquz döyüşün hamısında qalib gəlib. Gözəlin son qələbəsi bu bazar ertəsi Bakıda keçirilmiş IFL liqasında Həqiqət İldırımova üzərində olub. Ümumiyətlə, bu döyüş Zutovanın bu il keçirəcəyi dördüncü görüş olacaq.

Onun 24 yaşlı rəqibi Dariya Jeleznyakova da məğlubiyyətsizdir. Lakin rus xanım idmançı cəmi üç peşəkar MMA görüşü keçirib.

Səbuhi Musayev