Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatdı

15:20 26-09-2020 410

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.