ABŞ-da minlərlə şirkət Tramp administrasiyasını məhkəməyə verdi

21:40 26-09-2020 335

“Tesla”, “Ford Motor”, “Target”, “Walgreen” və “Home Depot” şirkətləri də daxil olmaqla 3500-ə yaxın ABŞ şirkəti prezident Donald Trampın administrasiyasını məhkəməyə verib.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Onlar hesab edirlər ki, federal hakimiyyət Çin məhsulları üçün rüsumları qanunsuz şəkildə artırıb.

ABŞ-ın Ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ Gömrük-Sərhəd Xidməti təqsirkar olaraq göstərilir.

Şikayətə əsasən, ABŞ rəhbərliyi tariflərin tətbiqi üçün əvvəlcədən müəyyən olunmuş qaydaları pozub və bir sıra prosedurları işə salıb.

Tramp administrasiyası öz növbəsində iddia edir ki, rüsumların artırılması əsaslıdır. Belə ki, Çin ABŞ-ın əqli mülkiyyətini oğurlayır və ABŞ şirkətlərini Çin bazarında çalışmaq hüququ müqabilində öz texnologiyalarına giriş təmin etməyə məcbur edir.