Yaponiyanın yeni baş naziri Kim Çen Inla görüşə hazır olduğunu açıqladı

01:20 27-09-2020 35

Yaponiyanın yeni baş naziri Yosihide Suqa heç bir ilkin şərtlər olmadan Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.

Bu barədə TASS məlumat yayıb.

Yaponiyanın Baş naziri BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi-siyasi debatlarında çıxışı zamanı Şimali Koreya lideri ilə görüşə hazır olduğunu qeyd edib. O, vurğulayıb ki, Yaponiya və Şimali Koreya arasında konstruktiv münasibətlərin qurulması regional sülh və sabitliyə fayda verəcək.