Rusiyada meşə yanğınlarının sahəsi sürətlə artır

01:40 27-09-2020 372

Rusiyada meşə yanğınlarının sahəsi sutka ərzində 2.7 dəfə böyüyərək 1881 hektara çatıb.

Bu barədə TASS məlumat yayıb.

Yanğınların böyük hissəsi – 1764 hektarı iki rayonunda fövqəladə vəziyyət tətbiq edilən Maqadan vilayətində qeydə alınıb.

26 sentyabr saat 00:00-da ölkədə ümumilikdə 11 meşə yanğını qeydə alınıb.

Yanğınla mübarizəyə 500-dən artıq insan, 142 texnika cəlb olunub.