Tanınmış azərbaycanlı jurnalist Qarabağdakı döyüşlərlə əlaqədar Türkiyə telekanalına müsahibə verib - VİDEO

22:40 28-09-2020 354

Tanınmış jurnalist, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu (2003-2006) İbrahim Nəbioğlu Türkiyənin “HaberGlobal” telekanalına geniş müsahibə verib.

İ.Nəbioğlu türkiyə mətbuatına, xüsusilə “HaberGlobal” telekanalına Qarabağ mövzusu və son döyüşlər barədə operativ məlumatlar verdiyinə görə dərin minnətdarlığını ifadə edib.

“Qarabağ Azərbaycanın vətəni olduğu kimi, Türkiyənin və türk vətəndaşlarının da vətənidir”, - deyə azərbaycanlı jurnalist efirdə vurğulayıb.