Ankaranın simvolu Azərbaycan bayrağının rənglərinə büründü - VİDEO

01:20 29-09-2020 472

Türkiyənin paytaxtı Ankaranın simvollarından biri olan “Atakule” qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanıb. 

Bununla bağlı “Haber Global” məlumat yayıb. 

Bildirilib ki, bununla Türkiyə xalqı Ermənistan hücumları qarşısında Azərbaycan xalqına birlik, bərabərlik və həmrəylik mesajı verib. 

Qüllənin yuxarı hissəsində “İki dövlət, bir millət, Can Azərbaycan” mesajı yer alıb.