Cüdoçularımızdan ordumuza dəstək çağırışı - VİDEO

02:00 01-10-2020 409

Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, cüdoçularımızın da böyük hiddətinə səbəb olub.

Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə cüdo üzrə Azərbaycan milli komandasının üzvləri xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyib.

Belə ki, millimizin üzvləri – Elmar Qasımov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Orxan Səfərov, Məmmədəli Mehdiyev, Hidayət Heydərov, Uşanqi Kokauri, yığmamızın ukraynalı baş məşqçisi Ruslan Maşurenko və məşqçisi Elxan Məmmədov, o cümlədən paracüdo millimizin üzvü İlham Zəkiyev fikirlərini bildirib. 

Azərbaycan Cüdo Federasiyasının hazırladığı videonu sizə təqdim edirik: