Türkiyə və Yunanıstan hərbçiləri arasında ilkin razılıq əldə olunub

23:20 01-10-2020 25

Türkiyə və Yunanıstan hərbi heyətləri arasında baş tutan görüşdə tərəflər ümumi prinsiplərdə razılığa gəliblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.

Bildirilir ki, bu gün tərəflərin hərbi heyətləri arasında növbəti texniki toplantı keçirilib. Toplantıda iki ölkə arasında ayrılma prosedurları mexanizmi qurulub.

Bugünkü toplantı Türkiyə prezidenti və NATO Baş katibi Yens Stoltenberq arasında danışıqlardan sonra baş tutub. NATO Qərargahında keçirilən “Ayrılma üsullarının” müzakirə olunduğu toplantıda qərar alınıb ki, tərəflər hərbi qüvvələrin Aralıq dənizinin şərq hissəsində təhlükəsiz şəkildə xidmət etməsi üçün koordonasiyanın təşkilinn texniki detallarını oktyabrın 5-də NATO Qərargahında keçiriləcək növbəti toplantıda müzakirə olunacaq.