“Qarabağ” üç cavabsız qolla ardıcıl yeddinci dəfə avrokubokların qrup mərhələsində - YENİLƏNİB

00:00 02-10-2020 510

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb.

Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün meydana çıxdığı oyundarəqibinə darmadağınla qalib gəlib.

 

 

Ağdam təmsilçisi 3 cavabsız qolla qələbəni və qrup mərhələsinə vəsiqəni təmin edib.

 

 

UEFA Avropa Liqası

 

 

1 oktyabr

 

 

“Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3

 

 

Qollar: Patrik Andrade, 50, Zubir, 62, Ozobiç, 70

 

 

Baş hakim: Tobias Ştiler (Almaniya)

 

 

Varşava. “Voyska Polskieqo” stadionu

 

 

 

23:29

“Qarabağ” 70-ci dəqiqədə Filip Ozobiçlə hesabı böyük fərqə çatdırdı – 3:0

23:28

“Qarabağ” 62-ci dəqiqədə Abdulla Zubirlə hesab arasındakı fərqi ikiyə çatdırdı – 2:0.

23:11

“Qarabağ” 50-ci dəqiqədə Patrik Andradenin qolu ilə hesabı açdı. Komandamız Varşavada 1:0 qalib gəlir.

23:04

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununda ilk hissədən sonra hesab açılmayıb. 

22:01

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununda üz-üzə gələcək Polşanın “Legiya” və Azərbaycanın “Qarabağ” komandalarının heyətləri açıqlanıb.

UEFA Avropa Liqası

1 oktyabr

22:00 “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Tobias Ştiler (Almaniya)

Varşava. “Voyska Polskieqo” stadionu

“Legiya”: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas 

Baş məşqçi: Çeslav Mixneviç

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

08:50

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşacaq.

Komandamız ardıcıl Avropa Liqasının qrup mərhələsinə düşmək üçün mütləq şəkildə bu rəqibini məğlub etməlidir.

Oyun Polşanın paytaxtı Varşavada baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

UEFA Avropa Liqası

1 oktyabr

22:00 “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Tobias Ştiler (Almaniya)

Varşava. “Voyska Polskieqo” stadionu

Səbuhi Musayev