Braziliyalı futbolçu Koutinyo qəfildən vəfat edib

04:40 06-10-2020 415

Braziliyalı futbolçu Rafael Koutinyo qəfildən vəfat edib. 36 yaşlı yarımmüdafiəçi oktyabrın 4-də ölüb.

“Globoesporte”un məlumatına görə, idmançı həyat yoldaşı ilə birlikdə restoranda olarkən səhhəti pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, oyunçunun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından keçinib.

Koutinyo 2003-2007-ci illərdə “Vasco Da Gama” klubunda çıxışları ilə tanınıb.

2018-ci ilin dekabrından braziliyalı futbolçu sərbəst agent statusunda idi.