Soltan Məmmədov: “Beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini atəşə tutmasına reaksiya vermir”

13:20 06-10-2020 625

Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir:

“Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparırıq”.

S.Məmmədov qeyd edib ki, pandemiya qaydalarına riayət etməklə də ordumuza dəstək vermiş olarıq.