Zabit heyətinə könüllü daxil olanlar üçün əmrin imzalandığı gün hərbi xidmət başlayacaq

16:00 06-10-2020 437

Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.