Millimizin rəqiblərinin ev sınağı: İkisi uduzdu, biri məğlubiyyətdən son anda qaçdı

00:40 08-10-2020 454

UEFA Millətlər Liqasında millimizlə qrupda yer alan komandalar yoldaşlıq görüşləri keçiriblər.

Monteneqro yığması evdə Latviya ilə qarşılaşıb. Meydan sahibləri məğlubiyyətdən uzatma dəqiqələrində qurtulublar – 1:1.

Kipr də rəqibini evdə qəbul edib. Ada təmsilçisi Çexiyaya məğlub olub - 1:2.

Lüksemburq da digər komandalar kimi öz meydanında oynayıb. Komanda digər “cırtdan” Lixtenşteynə eyni hesabla uduzub – 1:2.

Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq Azərbaycan millisi oktyabrın 13-də neytral meydanda – Albaniyada Kipri qəbul edəcək.