İspaniya və Portuqaliya birgə dünya çempionatı keçirmək istəyir

07:40 08-10-2020 788

İspaniya və Portuqaliya 2030-cu ildə futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməyə qərar verib.

Bu barədə xəbər İspaniya Kral Futbol Federasiyasının (RFEF) saytında dərc edilib.

RFEF-in prezidenti Luis Rubiales və onun portuqaliyalı həmkarı Fernando Qomeş hər iki ölkədə futbolun inkişafı üçün əməkdaşlıq müqaviləsinə imza atıblar.

İspaniya 1982-ci il futbol üzrə dünya çempionatına, 1964-cü ildə isə Avropa çempionatına ev sahibliyi edib.

Portuqaliya isə 2004-cü il qitə çempionatına ev sahibliyi edib.