Döyüşlərin getdiyi rayonlar üzrə 70 faiz abonentin qaz təchizatı var

19:00 08-10-2020 454

Oktyabrın 8-də düşmənin atdığı mərmi Goranboy rayonu, Ağcakənd qəsəbəsində diametri 76 mm olan qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.

“Azəriqaz” İB-dən verilən məlumata görə, hazırda Füzuli rayonu üzrə 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var.

Beyləqan, Bərdə və Tərtər rayonları tam olaraq təbii qazla təmin edilib. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı təhlükəsizlik cəhətdən hələlik bərpa olunmayıb.

Qeyd edək ki, döyüşlərin getdiyi rayonlar üzrə (Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsi) ümumilikdə 70 faiz abonentin qaz təchizatı təmin edilir, 30 faiz abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır.